Azərbaycanda işsizlərin sayı artıb

2026-cı il oktyabrın 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 251,2 min nəfər olub.

Oct 16, 2026 - 19:29
Azərbaycanda işsizlərin sayı artıb

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanda işsizlərin sayında 6,26% artım qeydə alınıb.

Bildirilib ki, işsizlərin 53,5%-ni qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 483,4 manat olub.