"Bunların hamısı keçəcək, Moskva" - Putin

“Bütün çətinliklər müvəqqəti, Moskva və Rusiya isə əbədidir”.

Sep 5, 2026 - 17:00
"Bunların hamısı keçəcək, Moskva" - Putin

SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Moskva günü” münasibətilə şəhər sakinlərinə müraciətində deyib.

“Bu fürsətdən istifadə edərək moskvalılara böyük təşəkkürümü bildirmək istərdim. Sizinlə, ölkənin bütün vətəndaşları ilə birlikdə istənilən çətinliyin və istənilən çağırışın öhdəsindən gələcəyik. Bunların hamısı müvəqqətidir, keçicidir, Moskva və Rusiya isə əbədidir. Təşəkkür edirəm. Ad günün mübarək, Moskva”, - Rusiya dövlət başçısı bildirib.