Vens Papa ilə sonuncu görüşündən yazdı - VİDEO
Roma Papası Fransiskin rəsmi şəkildə qəbul etdiyi sonuncu şəxs olan ABŞ vitse-prezidenti Ceyms Di Vens Vatikan başçısının ölümündən məyusluğunu bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, amerikalı vitse-prezident bu barədə “X” platformasında yazıb.
“Ürəyim onu sevən dünyadakı milyonlarla xristiana başsağlığı verir. Dünən onu görəndə çox xoşbəxt idim. Hərçənd o, görünür ki, çox xəstə idi. Amma mən onu COVID-in ilk günlərində söylədiyi aşağıdakı xütbə ilə bağlı həmişə xatırlayacağam. O xütbə həqiqətən də gözəl idi. Allah onun ruhuna rahatlıq versin!”, – deyə Vens vurğulayıb.
O, postunda xatırlatdığı xütbənin istinadını da dərc edib.
Francisk və Vens arasındakı görüş pontifikin iştirakı ilə çəkilmiş son görüntülər olub. Görüş zamanı papanın adından Vensin övladlarına Pasxa hədiyyələri təqdim olunub.
Xatirə SADİQ