“Gündəlik qaz hasilatı 9,5 milyon kubmetrə çatıb” - Alparslan Bayraktar 

Türkiyə Qara dənizdəki Sakarya qaz yatağının mənimsənilməsinin birinci mərhələsini başa çatdırıb. 

Apr 21, 2025 - 15:34
“Gündəlik qaz hasilatı 9,5 milyon kubmetrə çatıb” - Alparslan Bayraktar 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii ehtiyatlar naziri Alparslan Bayraktar “X” sosial şəbəkəsində məlumat paylaşıb. 

Onun sözlərinə görə, gündəlik qaz hasilatı rekord həddə – 9,5 milyon kubmetrə çatıb.

O qeyd edib ki, bu həcmdə təbii qaz 4 milyon təsərrüfatı təmin etməyə kifayət edir və hasilatın artırılması istiqamətində işlər davam etdiriləcək.

Xatirə SADİQ