Ukraynalılar 9 əsir götürdülər - Kurskda + VİDEO

Ukrayna desantları Rusiya ordusunun 9 hərbçisini Kursk vilayətində əsir götürüb.

Apr 21, 2025 - 15:42
Ukraynalılar 9 əsir götürdülər - Kurskda + VİDEO

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hava Hücum Qoşunları Komandanlığının Rabitə İdarəsindən bildirilib.

“Əvvəlcə onlar Kremlin diktatura rejiminin illüziya fantaziyalarını müdafiə etməyə razılaşdılar. Lakin şərəfsiz ölüm əvəzinə əsirlik seçdilər və Ukrayna əsgərlərinə təslim oldular. Kursk vilayətindəki Hava Desant Hücum Qoşunlarının mübadilə fonduna daha bir əlavə”, - idarənin yaydığı məlumatda deyilir. 

Qeyd edilib ki, əsirlərə tibbi və psixoloji yardım göstərilib.

Xatirə SADİQ