Cavid Kəngərli vəzifəsindən azad edildi

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Cavid Muxtar oğlu Kəngərli vəzifəsindən azad edilib.

Feb 20, 2025 - 11:25
Cavid Kəngərli vəzifəsindən azad edildi

SAVASHMEDİA.az xəbər verir ki, bununla bağlı Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov fevralın 19-da Sərəncam imzalayıb.

Digər Sərəncamla rəis təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Xidmətin rəis müavini Tural Rasim oğlu Abdulzadəyə həvalə edilib.