Cərimələr maaşa görə hesablana bilər? – Fazil Mustafadan açıqlama
Məlum olduğu kimi, Azərbaycanda məişət tullantılarının, xüsusən də tütün məmulatlarının ətraf mühitə atılmasına görə cərimələr artırılacaq.
Bəzi ekspertlər cəzaların konkret rəqəmlə deyil, faiz dərəcəsi ilə yazılması təklifini irəli sürürlər. Onlar qeyd edirlər ki, gəliri 5000 manat olan şəxslə 500 azn maaş alan vətəndaşın eyni məbləğda cərimə olunması düzgün deyil.
Cəza mexanizminin faiz ekvivalenti ilə ölçülməsi mümkündürmü?
Mövzu ilə bağlı SAVASHMEDİA.az-a danışan deputat Fazil Mustafa bu məsələnin reallaşmasının hazırda mümkünsüz olduğunu düşünür:
"Əvvəl cərimələr faizlə yazılırdı. İndi isə qanunvericilik praktikasında bu, konkret rəqəmlə ifadə olunur. Hazırda əvvəlki sistemə qayıtmaq bir qədər çətindir. Çünki əmək haqlarında çevik dəyişikliklər baş verir. Ona görə də qərara alınıb ki, cərimələr müəyyən olunmuş məbləğla ifadə olunsun. Hazırda bu məsələ gündəmdə deyil və cərimələrin yenidən faizlə hesablanmasına qayıtmaq çətindir".
Xatırladaq ki, Finlandiya və İsveç də daxil olmaqla bir neçə ölkədə cərimənin məbləği vətəndaşın aylıq/illik gəlirindən birbaşa asılıdır.
Oğuz