Gürcüstandan ruspərəst qətnaməyə dəstək
Gürcüstan BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı ABŞ-nin təqdim etdiyi qətnamə layihəsinin həmmüəllifi olub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
Bu layihədə münaqişənin başlanmasına görə məsuliyyət Rusiyanın üzərinə qoyulmur.
Nəşr yazır ki, ABŞ-nin şərq sahili vaxtı ilə fevralın 23-də axşam saatlarında Gürcüstan Amerika qətnaməsinin yeganə həmtəsisçisi olub. Sonradan ona başqa ölkələr də qoşulub.
Beləliklə, bu gün BMT Ukraynada müharibəyə son qoymağa çağıran iki qətnamə layihəsinə səs verəcək. Bir sənədi ABŞ, digərini isə Avropa İttifaqının dəstəyi ilə Ukrayna hazırlayıb.
Ukrayna layihəsində rus qoşunlarının Ukrayna ərazisindən onun beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində tamamilə çıxarılması tələbləri var. Amerikada heç biri yoxdur.
“Amerikanın Səsi” xəbər verir ki, BMT Baş Assambleyasının əvvəlcə Ukrayna qətnaməsinə, sonra isə ABŞ-nin təklif etdiyi layihəyə baxacağı gözlənilir. BMT Təhlükəsizlik Şurasında isə yalnız Amerikanın təqdim etdiyi qətnamə layihəsinə baxılacaq.
Baş Assambleyanın qətnamələri məsləhət xarakteri daşıyır, Təhlükəsizlik Şurasının qətnamələri isə icra üçün məcburidir.
Qeyd edək ki, rəsmi Kiyevlə Gürcüstan hakimiyyəti arasına münasibətlər gərgindir. Ukrayna prezidenti Volodimir Zelenski hətta gürcü rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.
Xatirə SADİQ