Husilərə peyk məlumatlarını ötürən Rusiyadır – “The Wall Street Journal” 

Rusiya yəmənli husilərə Qırmızı dənizdə ticarət gəmilərinə edilən zərbələr endirmək üçün peyk məlumatlarını ötürüb.

Oct 25, 2024 - 13:21
Husilərə peyk məlumatlarını ötürən Rusiyadır – “The Wall Street Journal” 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri Avropa ölkələrinin Müdafiə Nazirliklərindəki mənbələrə istinadən məlumat yayıb. 

Nəşr yazıb ki, Rusiya peyklərindən alınan məlumatların İran İslam İnqilabı Keşikçiləri Korpusu vasitəsilə husilərə ötürüldüyü iddia edilir. 

“WSJ” müsahiblərinin sözlərinə görə, bu informasiya husilərə hücumlarının miqyasını genişləndirmək imkanı verib.

Xatırladaq ki, husilərin Qırmızı dənizdə gəmilərə basqınları ötən ilin sonlarından başlayıb. Onlar bunu İsrailin Qəzza zolağına hücumuna etiraz kimi qələmə veriblər. 

2023-cü ilin noyabr ayından bəri 100-dən çox gəmiyə hücum edilib, ikisi batırılıb, biri ələ keçirilib.

Bundan əlavə, Rusiyanın silah tədarükü ilə bağlı husilərlə danışıqlar apardığı barədə məlumatlar var. 

Xatirə SADİQ