İkimərtəbəli EV UÇDU - Türkiyədə sel fəlakəti + VİDEO
Türkiyədə fasiləsiz yağan yağışlar sel və daşıqlara səbəb olub.
SAVASHMEDİA.az xəbər verir ki, sel İstanbul da daxil olmaqla bir çox şəhərlərdə fəsadlar törədib.
Türkiyənin Sakarya şəhərinin Sapanca rayonunda ikimərtəbəli ev selə tap gətirə bilməyib və uçub.
Məlumata görə, hadisə zamanı evdə heç kim olmayıb. Ev sel səbəbilə əvvəldən boşaldılıb.
Leysan yağışların daha iki gün davam edəcəyi bildirilir.
Banu
Посмотреть эту публикацию в Instagram