“İstənilən qanunvericilik ləğv edilməlidir” – Aİ-nin birgə bəyanatı
“Gürcüstan vətəndaşlarının əsas hüquq və azadlıqlarına xələl gətirən və Avropa İttifaqının (Aİ) əsasını qoyduğu dəyər və prinsiplərə zidd olan istənilən qanunvericilik ləğv edilməlidir”.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə Aİ komissarı Cozep Borrel və Avropa Komissiyasının Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı birgə bəyanatında deyilir.
Bəyanatda xatırladılıb ki, bu, Avropa Şurasının 17 oktyabr tarixli nəticələrinə uyğun olaraq, Aİ-nin Gürcüstanı Avropaya inteqrasiyanın əsas prinsiplərinə uyğun olaraq demokratik, inklüziv və davamlı islahatlar həyata keçirməyə çağırması kontekstində deyilir.
Son aylarda Gürcüstan xalqı demokratik dəyərlərə və ölkələrinin Aİ yoluna sadiqliyini nümayiş etdirdiyini vurğulayan bəyanat müəlliflər seçki pozuntularına diqqəti cəlb ediblər.
Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyasısının ilkin bəyanatına əsasən etiraf edilib ki, seçki günü, ümumilikdə, prosedur cəhətdən yaxşı təşkil edilib və nizamlı şəkildə keçirilib: “Lakin səsvermənin məxfiliyinə dair tez-tez kompromislər və bir sıra prosedur uyğunsuzluqları ilə gərgin mühit, eləcə də hədə-qorxu və seçici təzyiqləri barədə xəbərlər ictimaiyyətin prosesə etimadına mənfi təsir edib”.
Borrell və Avropa Komissiyası Gürcüstanın Mərkəzi Seçki Komissiyasını və digər aidiyyəti qurumları seçki pozuntularını və iddiaları operativ, şəffaf və müstəqil şəkildə araşdırmaq və həll etmək üçün üzərinə düşən vəzifələri yerinə yetirməyə çağırıb: “Bu pozuntular aydınlaşdırılmalı və aradan qaldırılmalıdır. Bu, seçki prosesinə etimadın bərpası üçün zəruri addımdır”.
Müəlliflər həmçinin qeyd ediblər ki, Aİ ATƏT/DTİHB-nin yekun hesabatını və tövsiyələrini səbirsizliklə gözləyir. Onlar vurğulayıblar ki, Gürcüstanın siyasi spektri üzrə konstruktiv və inklüziv dialoq indi birinsi dərəcəli əhəmiyyət kəsb edir.
Xatirə SADİQ