"Rayondan 2 yumurta gətirib, 3 minimi alıblıar" - Manaf aldanmağından danışdı + VİDEO
““Kişi” deyilən bir söz var. Adam sonradan kişi ola bilməz, anadan kişi doğulmalısan”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Manaf Ağayev “Günü bu gün” verilişində deyib.
O bildirib ki, dəfələrlə əl tutduğu insanlar onu aldadıblar:
“Aldandığım çox olub. O qədər olub ki, kimsə rayondan 10 ədəd yumurta, 2 ədəd çolpa pay gətirib, sonra da deyib ki, 2-3 min pul ver. Görmüşəm ki, yumurtanın birini mənə min dollara satıb getdi. Aldanmışam”.
Manaf Ağayev buna baxmayaraq yaxşılığın itmədiyini düşünür, ona görə də hesab edir ki, dəfnində izdiham olacaq:
“Bir şeyi bilirəm ki, dünyamı nə zamansa dəyişsəm, həyətimdə insan əlindən yer olmayacaq. Amma mən Xalq artisti tanıyıram ki, dəfn etməyə adam tapılmadı. Cəmi 10-13 nəfər insan onun dəfnində olmuşdu. Ayıbdır deyə, o Xalq artistinin adını çəkmirəm”.