Tramp İrandan neft alanları hədələdi
İrandan istənilən həcmdə neft və ya neft məhsulu alan ölkə və ya şəxs dərhal ikinci dərəcəli sanksiyalarla üzləşəcək.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Onun sözlərinə görə, İran neftinin idxalçılarına ABŞ-lə iş görmək qadağan edilə bilər.