Medvedev Trampı lağa qoydu – “Dünya titrədi…”
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ Prezidenti Donald Trampın 50 gün ərzində sülh razılaşması əldə olunmayacağı təqdirdə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etmək ultimatumuna cavab verib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Medvedev X sosial şəbəkəsində yazıb.
Medvedev hesab edir ki, Tramp guya Kremlə “teatral ultimatumu” verib.
“Dünya nəticələri gözləyərək titrədi. Döyüşkən Avropa məyus oldu. Rusiyanın vecinə olmadı”, - o, istehza ilə vurğulayıb.
Xatırladaq ki, ABŞ prezidenti iyun ayında Medvedevin İranda nüvə silahı ilə bağlı şərhini sərt tənqid etmişdi. O, ritorik şəkildə Rusiyanın keçmiş prezidentinin Moskvanın və digər ölkələrin İranı nüvə başlıqları ilə təmin edəcəyini söyləyib-söyləmədiyini sual etmişdi.
Buna cavab olaraq Medvedev Rusiyanın İrana nüvə silahı vermək niyyətində olmadığını bildirərək özünə haqq qazandırmağa başlamışdı.
Xatirə SADİQ