Məşhur aktyor təcili xəstəxanaya yerləşdirildi – Şizofreniya diaqnozu... + FOTO

Türkiyənin və “Yeşilçam”ın ustad aktyoru Necati Bilgiç təcili xəstəxanaya yerləşdirilib.

Aug 1, 2025 - 13:21
Məşhur aktyor təcili xəstəxanaya yerləşdirildi – Şizofreniya diaqnozu... + FOTO

SAVASHMEDİA.az xəbər verir ki, məşhur aktyor şizofreniyadan əziyyət çəkir.

72 yaşlı sənətkar 2016-ci ildə açıq ürək əməliyyatından sonra çətin günlər yaşayıb.  Onda psixoloji problemlər baş qaldırıb. N. Bilgiçi müayinə edən həkimlər ona şizofreniya diaqnozu qoyublar. Bundan sonra ustad aktyor ruhi xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Necati Bilgiç Türkiyə kinematoqrafiyasının Kamal Sunal, Şener Şen, Uğur Yücel kimi ustad aktyorları ilə filmlərə çəkilib. O, "Davacı", "Milyarder", "Bıçkın", "Arabesk", "Namuslu", "Karanfilli Naciye", "Çirkinler de Sever" kimi məşhur filmlərdə rol alıb. “Çiçek Taksi” serialında “Niyazi” obrazını canlandırıb. 

Necati Bilgiç son dəfə 2012-ci ildə Ata Demirerin "Berlin pələngi" filmində çəkilib. Bu filmə görə “17-ci Sadri Alışık Mükafatları”nda "Ən yaxşı köməkçi aktyor" mükafatına layiq görülüb.

Banu

Fotolarda: Necati Bilgiç