“Məxfi məlumatlar necə yaylıdı, bunu necə başa düşək?” - Zelenski ABŞ-dən şübhələnir
“Ukrayna və Ağ Ev arasında “Tomahawk” haqqında məlumat gizli məlumat idi”
SAVASHMEDİA.az Dmitri Qordonun teleqram kanalına istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti İslandiyada jurnalistlərlə ünsiyyəti zamanı etiraf edib.
Prezident əlavə edib ki, ölkələr qələbə planını dəstəkləməyə başlayanda mediada Ukraynanın “çoxlu raket” almaq istədiyi barədə məlumatlar yayılmağa başlayıb.
“Lakin bu, Ukrayna və Ağ Ev arasında gizli məlumat idi. Bu xəbərləri necə başa düşmək olar? Bu o deməkdir ki, tərəfdaşlar arasında məxfi heç nə yoxdur ", - deyə Zelenski vurğulayıb.
Xatirə SADİQ