Mourinyonun yerinə iki namizəd var - Ali Koç kimi seçəcək?
Joze Mourinyo ilə yollarını ayıran “Fənərbağça” baş məşqçı arayışlarına başlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu məsələdə klub prezidenti Ali Koçla idarə heyəti arasında fikir ayrılığı yaşanıb.
Belə ki, A. Koç Yurgen Kloppu baş məşqçi postunda görmək istəsə də idarə heyəti bu post üçün İsmail Kartalı uyğun görür. Məlumata görə, “Fənərbağça” artıq Kloppun meneceri ilə görüş tələb edib. Lakin Ali Koç hələ yekun qərarını verməyib.
Qeyd edək ki, Yurgen Klopp “Maynz 05”( 2001-2008), “Borussia Dortmund” (2008-2015), “Liverpul” (2015-2024) klublarını çalışdırıb. “Maynz 05”i ilk dəfə Bundesliqaya yüksəldib.
“Borussia Dortmund”la 2011 və 2012-ci ildə Bundesliqa çempionu olub, 2012/13 mövsümündə komandanı Çempionlar Liqasının finalına yüksəldib. “Liverpul”a 2019-cu ildə Çempionlar Liqasını, 2020-ci ildə isə İngiltərə çempionluğunu qazandırıb.
İsmail Kartal isə üç dəfə - 1997-1999, 2010-2014, 2023-2024-cü illərdə - “Fənərbağça”nın baş məşqçisi olub.
Banu