Putin Braziliyaya getməyəcək – "Lulu Da Silvaya problem yaratmaq istəmirəm"
Rusiya prezidenti Vladimir Putin Braziliyada keçiriləcək G20 sammitinə getmək istəmədiyinin səbəblərini izah edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiyanın lideri BRİKS ölkələrinin media nümayəndələri ilə görüşündə danışıb.
Onun sözlərinə görə, noyabrda Braziliyada keçiriləcək G20 sammitinə (G20) gəlişi bu forumun işinə mane ola və ölkə prezidenti Luis İnasio Lula Da Silvaya problemlər yarada bilər.
“Rusiya ətrafında baş verənləri başa düşürük. Və mən də başa düşürəm. Braziliya prezidenti Lula ilə gözəl, dostluq münasibətlərim var. Yaxşı, mən ora məxsusi gələcəyəmmi ki, bu forumun normal fəaliyyəti pozulsun?”, - deyə Putin vurğulayıb.
Rusiya dövlət başçısı deyib ki, hətta Beynəlxalq Cinayət Məhkəməsinin onun həbsi ilə bağlı verdiyi risklər istisna edilsə belə, bütün söhbət yalnız bundan gedəcək və hamı bunu anlayır.
Xatirə SADİQ