Rusiyadan Trampa reaksiya: "Sərt açıqlamalarını..."

“Kremldə ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə münasibətdə daha sərt açıqlamalar verməsinə kifayət qədər sakit yanaşırlar”.

Jul 9, 2025 - 16:00
Rusiyadan Trampa reaksiya: "Sərt açıqlamalarını..."

SAVASHMEDİA.az RBC telekanalına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

“Deyək ki, Trampın, bütövlükdə, kifayət qədər sərt üslubu var”, -  Kremlin sözçüsü vurğulayıb. 

Peskov əlavə edib ki, Moskva Vaşinqtonla dialoqu və "çox zədələnmiş ikitərəfli münasibətləri bərpa etmək xəttini" davam etdirmək niyyətindədir, eləcə də Kiyevə silah tədarükünü bərpa etmək qərarına baxmayaraq, Birləşmiş Ştatların nizamlama üzrə səylərini davam etdirəcəyini gözləyir.

Mətbuat katibi Amerika liderinin Moskva ilə Kiyev arasında münaqişənin həllinin Trampın əvvəl düşündüyündən də çətin olduğu barədə bəyanatlarını yada salıb. Bu məqamda Peskov ölkəsinin münaqişəni “bir gecədə” həll etməyin mümkün olmadığı barədə bəyanat verdiyini bir daha diqqətə çatdırıb. 

Xatırladaq ki, rusiyalı həmkarı ilə son telefon danışığından sonra Tramp Putinin davranışından narazı qaldığını, Ukrayna müharibəsinin sona çatdırılması məsələsində heç bir irəliləyişin olmadığını və Rusiya üçün “kiçik sürpriz təşkil etmək” imkanını nəzərdən keçirdiyini deyib. 

Xatirə SADIQ