“Rusiyaya sanksiya ehtimalı daha yüksəkdir” – Devid Petreus
“Avropa ölkələri, hətta Şərqi Avropada birbaşa cəbhə xəttində olmayanlar belə “soyuq müharibə”dən sonra ilk dəfə olaraq müdafiə məsələlərinə ciddi yanaşır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş başçısı Devid Petreus deyib.
O, hesab edir ki, prezident Putinin təhdidləri fonunda ABŞ prezidenti Donald Tramp, heç kimin etmədiyini bacarıb.
“Rusiyaya qarşı sanksiyaların tətbiq olunma ehtimalı hazırda Ukraynaya qarşı təzyiqdən yüksəkdir. Ukrayna danışıqlara hazır olduğunu nümayiş etdirir. Rusiya – görünür ki, yox. İndi Vaşinqtonda bunu başa düşürlər: danışıqlara maneə prezident Zelenski deyil, prezident Putindir”, - deyə MKİ-nin keçmiş rəhbəri vurğulayıb.
Xatirə SADIQ