Moskvanı siçovullar basıb - SƏBƏB

Moskva sakinləri köhnə binalar söküldükdən sonra siçovulların avtomobillərində məskunlaşmasından şikayətlənirlər.

Nov 1, 2025 - 16:39
Moskvanı siçovullar basıb - SƏBƏB

SAVASHMEDİA.az-ın xəbərinə görə, bunu “Ehtiyatlı ol, Moskva” adlı Telegram kanalı bildirib.

Məlumata görə, gəmiricilər Lefortovo rayonunun sakinlərini daha çox narahat edir. Yerli avtomobil sahiblərindən biri avtomobili işə düşmədiyinə görə evakuator çağıraraq onu servis mərkəzinə aparmalı olub. Mütəxəssislər səbəbin siçovulların çeynədiyi bir neçə zədələnmiş naqilin olduğunu müəyyən ediblər.

Avtomobil sahibinin sözlərinə görə, gəmiricilərdən başqa avtomobil sahibləri də əziyyət çəkib: 

"Siçovulların sayı gündən-günə artır və heç kim avtomobillərini etibarlı şəkildə necə qoruyacağını bilmir. Mən bu vəziyyəti ictimaiyyətə çatdırmaqla yerli hakimiyyət orqanlarının diqqətini problemə cəlb etmək istəyirəm.

Bundan əvvəl Moskvanın cənub-qərbində yerləşən yaşayış kompleksinin sakinləri yaşadıqları binanı siçovulların basmasından şikayət etmişdilər.

Aytən İbrahimova