Sabiq prezident Kissincer Təqaüdünə layiq görüldü

Arizona Dövlət Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Makkeyn İnstitutu Gürcüstanın eks-prezidenti Salome Zurabişvilini bu ilin Kissincer təqaüdçüsü adlandırıb.

Jan 7, 2025 - 15:00
Jan 7, 2025 - 15:01
Sabiq prezident Kissincer Təqaüdünə layiq görüldü

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə Makkeyn İnstitutu məlumat yayıb. 

Makkeyn İnstitutunun icraçı direktoru Evelin Farkas deyib ki, Gürcüstanın beşinci prezidenti Kissincer Təqaüdünün siyasi cəsarətini və dövlət idarəçiliyi ideallarını təcəssüm etdirir. 

“O, amansız repressiya və avtokratik zəbt qarşısında demokratik güc və ölkəsinin Avropadakı demokratik yerinin qətiyyətli müdafiəsini nümayiş etdirdi. 2025-ci ildə Makkeyn İnstitutunun Kissincer Təqaüdçüsü kimi o, Gürcüstanı demokratik yola qaytarmaq üçün səylərə rəhbərlik etməyə davam edə bilər”, deyə Farkas vurğulayıb. 

Salome Zurabişvili bildirib ki, Kissincer təqaüdünü almaq böyük şərəfdir: “Avtokrasiya və demokratiyalar arasında mübarizə zamanı ön cəbhədə vuruşan demokratik xadimləri dəstəkləməyimiz olduqca vacibdir və Gürcüstan senator Con Makkeynin bütün həyatı boyu müdafiə etdiyi bu mübarizəni təmsil edir”.

Xatirə SADİQ