Sülh müqaviləsi 2031-ci ilə qədər imzalana bilər - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında Azərbaycanla sülh müqaviləsini 2031-ci ilə qədər imzalamağa və ratifikasiya etməyə ümid etdiyini bildirib.

Oct 15, 2026 - 12:07
Sülh müqaviləsi 2031-ci ilə qədər imzalana bilər - Paşinyan

SAVASHMEDİA.az xəbər verir ki, onun sözlərinə görə, Azərbaycanla sülh sazişinin imzalanması hökumətin və şəxsən özünün ən mühüm vəzifələrindən biridir.

"Mən şəxsən özüm üçün konkret tapşırıq və qrafik müəyyənləşdirmişəm - 2031-ci ilə qədər bu məsələnin həllinə nail olmaq. Təbii ki, bu, həm də hökumətin və ümumilikdə bizim siyasi komandamızın vəzifəsidir. Lakin mən Baş nazir olaraq, bunu şəxsi gündəliyim baxımından da çox vacib hesab edirəm", - deyə "Sputnik Armenia" Paşinyanın sözlərini sitat gətirib.