Suriya ərazisində uran izləri tapıldı

Atom Enerjisi üzrə Beynəlxalq agentlik (MAQATE) Suriya ərazisində uran izləri tapıb. 

Sep 2, 2025 - 14:21
Suriya ərazisində uran izləri tapıldı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters” BMT üzv-ölkələri üçün hazırlanmış hesabata istinadən xəbər verir. 

Ehtimal edilən radioaktiv qalıq 2007-ci ildə İsrail müdafiə qüvvələri tərəfindən bombalanan binada olub. O zaman Bəşər Əsədin başçılıq etdiyi hakimiyyət Deyr əz-Zorda yerləşən binanı adi hərbi baza adlandırırdı.

MAQATE 2011-ci ildə qənaətə gəlib ki, bu bina “böyük ehtimalla” məxfi şəkildə tikilmiş nüvə reaktorla olub.  Dəməşq isə MAQATE-nin müfəttişlərinə bunu açıqlamayıb. 

Hesabatda qeyd edilir ki, ərazidə üç yerdən birindən götürülmüş nümunələrdə “əhəmiyyətli miqdarda təbii uran hissəcikləri” aşkar edilib. Bu hissəciklərin təhlili uranın antropogen mənşəli olduğunu, yəni kimyəvi emal yolu ilə istehsal edildiyini göstərib. “Təbii” termini uranın zənginləşdirilmədiyi mənasını daşıyır.

Xatirə SADİQ