Tanınmış jurnalistə cinayət işi açıldı – Rusiyada
Rusiya İstinmtaq Komitəsi tanınmış jurnalist və bloger Yuri Dudun barəsində cinayət işi açıb.
SAVASHMEDİA.az bu barədə RBC telekanalına istinadən xəbər verir.
Jurnalist Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin 2-ci hissəsi (xarici agentlər haqqında qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrdən yayınma) ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinir.
Prokurorluğun təşəbbüsü ilə başlanılan cinayət işində qeyd olunub ki, Dud il ərzində iki dəfə xarici agentin fəaliyyəti ilə bağlı proseduru pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib, lakin müvafiq işarə qoyulmadan materialları dərc etməyə davam edib.
Qeyd edək ki, Yuri Dudun YouTube kanalının 10 milyondan çox abunəçisi var.
Xatirə SADİQ