“DOGE İlonu yeyəcək əjdahadır” - Donald Tramp
ABŞ prezidenti Donald Tramp milyarder İlon Maskın ölkədən deportasiyası məsələsinə münasibət bildirib.
SAVASHMEDİA.az “Daili Mail” nəşrinə istinadən xəbər verir ki, Tramp “baxarıq” cavabını verib.
“Mən bilmirəm. Baxacağıq. Bəlkə, DOGE-ni İlonun ardınca göndərməli olacağıq. DOGE nədir bilirsinizmi? DOGE qayıtmalı və İlonu yeməli olacaq əjdahadır”, - deyə jurnalist Emili Qudin prezidentdən sitat gətirib.
Xatirə SADİQ