Tehran vətəndaşları “WhatsApp”ı silməyə çağırdı
İran dövlət televiziyası vətəndaşları smartfonlarından “WhatsApp” mesajlaşma proqramını silməyə çağırıb.
SAVASHMEDİA.az bu barədə “Associated Press” (AP) agentliyinə istinadən xəbər verir.
Agentlik yazır ki, İran dövlət televiziyası sübutsuz olaraq WhatsApp xidmətinin İsrail üçün istifadəçi məlumatlarını topladığını iddia edib.
“WhatsApp” şirkəti artıq narahatlığını bildirib. Şirkət hesab edir ki, bu yalan xəbərlər insanların ən çox ehtiyac duyduğu bir vaxtda xidmətlərin bloklanması üçün bəhanə kimi istifadə oluna bilər.
Şirkətdən bildirilib ki, “WhatsApp” iç-içə şifrələrdən istifadə edir, ona görə provayder mesajları oxuya bilməz.
“Biz sizin dəqiq yerinizi izləmirik, kimin kimə mesaj göndərdiyi ilə bağlı jurnal tutmuruq və insanların bir-birinə göndərdiyi şəxsi mesajları izləmirik. Biz heç bir hökumətə böyük həcmdə məlumat təqdim etmirik”, - deyə şirkət əlavə edib.
AP qeyd edib ki, iç-içə şifrələmə mesajların yalnız göndərənin və alanın onları görə bilməsi deməkdir. Başqası mesajı ələ keçirsə, yalnız qaydasızlıq görəcək, çünki açar olmadan onları deşifrə etmək qeyri-mümkündür.
Xatırladaq ki, “WhatsApp” da “Facebook” və “Instagram” kimi “Meta Platforms” şirkətinə məxsusdur.
AP diqqətə çatdırıb ki, İran illərdir müxtəlif sosial media platformalarına girişi bloklayıb. İran 2022-ci ildə ölkənin əxlaq polisi tərəfindən saxlanılan gənc qadının ölümü ilə bağlı hökumətə qarşı kütləvi etirazlar zamanı “WhatsApp” və “Google Play”i qadağan etmişdi. Bu qadağa keçən ilin sonunda aradan qaldırıldı.
Xatirə SADİQ