Tramp bu şəxslərdən qisas olacaq - "Politiko" nəşrindən sensasion iddia + ADLAR
Prezident seçkilərində qalib gələn Donald Trampın qisas alacağı şəxslərin adları açıqlanıb.
SAVAHSMEDİA.az xəbər verir ki, belə bir sensasion iddia ilə çıxış edən "Politico" nəşri hədəfdə olan şəxslərin siyahısını da dərc edib.
Bildirilib ki, Tramp ABŞ-nin hazırkı prezidenti Co Baydendən, oğlu Hunter və Bayden ailəsinin digər üzvlərindən qisas almağı düşünür.
Bura həmçinin Kamala Harris, sabiq prezident Barak Obama, keçmiş dövlət katibi Hillari Klinton, Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi və başqaları da daxildir.
Nəşr özünü də siyahıya əlavə edib. Müəllifin fikrincə, Tramp öz mənbələrini açıqlamaqdan imtina etdiyi üçün "Politico"dan da qisas almaq niyyətindədir.
Oğuz