“Tramp” ölümdən son anda qurtuldu - Nazir pulu qaytardı + VİDEO
Banqladeşdə ABŞ prezidentinə bənzədiyi üçün “Donald Tramp” adını alan camış Qurban bayramında kəsilməkdən xilas olub.
SAVASHMEDİA.az xəbər verir ki, Banqladeşin daxili işlər naziri Salahuddin Ahmed albinos camışın kəsilməsinə mane olub.
Nazir təhlükəsizlik məsələləri və görünməmiş ictimai maraq səbəbindən heyvanın bağışlanması barədə göstəriş verib.
“Donald Tramp” üçün ödənilmiş pul alıcıya geri qaytarılıb. Camış Dəkkədəki milli zooparka aparılıb.
Nazirlik rəsmisi bildirib ki, heyvanın qurban kəsilməməsi ilə bağlı qərar son anda qəbul olunub.
Xatırladaq ki, mütəxəssislər albinos camışların nadir görüldüyünü bildirmişdilər.
Banu
Посмотреть эту публикацию в Instagram