Bu şəxslər hərbi xidmətə aparılmır - RƏSMİ
Hərbi xidmətə çağırışla bağlı vətəndaşları maraqlandıran məsələlərdən biri də yastıpəncəlik diaqnozu olan şəxslərin orduya yararlı sayılıb-sayılmamasıdır.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaş müraciətlərinə cavab olaraq açıqlama yayıb.
Bildirilib ki, Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 61-ci maddəsinə əsasən, 1-ci və 2-ci dərəcəli yastıpəncəlik hərbi xidmətə yararlı hesab olunur.
Qeyd olunub ki, yalnız 3-cü və 4-cü dərəcəli yastıpəncəliyi olan şəxslər hərbi xidmətə yararsız sayılır və ordu sıralarına çağırılmırlar.
Dövlət Xidməti vətəndaşlara tövsiyə edib ki, sağlamlıq vəziyyəti ilə bağlı yekun qərar hərbi-həkim komissiyasının müayinəsindən sonra verilir.
Səlcuq