Tramp Putindən narazı qalıb: “Danışıq uzun oldu, amma...”
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığının nəticələrindən narazı qaldığını açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bunu “Endryus” aviabazasında jurnalistlərlə ünsiyyəti zamanı Tramp deyib.
Putinlə danışdıqdan sonra Ukraynada atəşkəslə bağlı sazişin bağlanmasına yaxınlaşıb-yaxınlamayacağı ilə bağlı sualını cavablandıran Tramp deyib ki, onunla heç bir irəliləyiş əldə etməyib.
“Danışdıq. Kifayət qədər uzun söhbət oldu. Biz çox şeylər, o cümlədən İran, eləcə də bildiyiniz kimi, Ukrayna ilə müharibə haqqında danışdıq, lakin heç bir irəliləyiş əldə etmədik”, - Tramp vurğulayıb.
Xatirə SADİQ