Tramp sağalmaz xəstəliyə tutulub - Müalicəsi yoxdur
ABŞ Prezidenti Donald Trampın əziyyət çəkdiyi xəstəliklə bağlı yeni məlumat yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə tanınmış amerikalı jurnalist Aleks Cons açıqlama verib.
Onun sözlərinə görə, Donald Tramp demensiya xəstəliyindən (yaddaş pozğunluğu) əziyyət çəkir və bu, onun nitqlərində tez-tez özünü büruzə verir.
Jurnalist fikrinin təsdiqi kimi Donald Trampın müxtəlif vaxtlarda, həm də çox uzaq olmayan keçmişdə verdiyi və bir-birini təkzib edən açıqlamalarından bəzilərinə diqqət çəkib.
"Biz qalib gəldik, bitdi. Xeyr, bu vəziyyət əbədi davam edəcək. Mən heç vaxt onların Hörmüz boğazına sahib olmasına icazə verməyəcəyəm. Bəli, biz boğazdan imtina edirik. Mən NATO-dan çıxacağam. Biz NATO-da qalacağıq'”, - jurnalist qeyd edib.
Aleks Cons Trampın nitqindəki bu qüsuru ciddi yaddaş pozğunluğu ilə əlaqələndirib və əlavə edib ki, demensiyası olan insanlar məhz belə danışırlar.
Qeyd edək ki, demensiya - yaddaş, düşünmə və gündəlik funksiyaların tədricən zəifləməsi ilə gedən bir sindromdur. Bu, tək bir xəstəlik deyil, müxtəlif səbəblərdən yaranan vəziyyətlərin ümumi adıdır.
Xəstəliyin əsas əlamətləri aşağıdakılardır:
Yaddaş itkisi (xüsusilə yaxın hadisələri unutmaq)
Danışıqda çətinlik, söz tapmaqda problem
Məntiq və qərarvermənin zəifləməsi
Tanış insanları və yerləri tanımamaq
Davranış və xarakter dəyişiklikləri (əsəbilik, aqressiya və s.)
Xəstəliyin ən çox yayılmış səbəbləri:
Alzheimer xəstəliyi (ən geniş yayılmış forma)
Damar problemləri (beyin qan dövranı pozğunluğu)
Parkinson və digər neyroloji xəstəliklər
Travmalar və ya uzunmüddətli alkoqol istifadəsi
Xəstəlik adətən yaşlı insanlarda (65+) rast gəlinir. Nadir hallarda daha gənc yaşda da başlaya bilər.
Müalicəsi varmı?
Tam sağaldan müalicə yoxdur, amma xəstəliyin gedişini yavaşladan dərmanlar var. Psixoloji və sosial dəstək çox önəmlidir.
Səlcuq