ABŞ və İranın "sülh quşları" İslamabadda - Heyətdə kimlər var?
Bu gün Pakistanın paytaxtı İslamabad şəhərində start götürəcəm ABŞ-İran danışıqlarına saatlar qalıb.
SAVASHMEDİA.az xəbər verir ki, artıq həm ABŞ-nin, həm də İranın təmsilçiləri İslamabaddadırlar.
Bəs tərəflər danışıqlara hansı heyətlə gedib?
Açıqlanan son məlumatlara görə, İslamabad görüşündə ABŞ tərəfini vitse-prezident Cey Di Vens, Yaxın Şərq üzrə xüsusi elçi Stiven Vitkoff və Trampın kürəkəni, iş adamı Cared Kuşner təmsil edəcək.
İran tərəfi isə danışıqlara parlamentin sədri Məhəmməd Bağır Qalibafın rəhbərliyi altında qatılıb. Nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi, Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədian və Mərkəzi Bankın sədri Əbdülnasir Hemmati da daxildir.
İran dövlət televiziyasının məlumatına görə, bir neçə parlament üzvü də nümayəndə heyətinnin tərkibində İslamabada yollanıb.
Oğuz