Trampı öldürmək istəyirdi, həbs olundu

ABŞ-ın Təl-Əvivdəki səfirliyini partlatmağı planlaşdırmaqda şübhəli bilinən amerikalı Nyu-York hava limanında həbs edilib.

May 26, 2025 - 01:22
Trampı öldürmək istəyirdi, həbs olundu

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, həmin şəxs mayın 19-da İsraildə diplomatik missiyanın binası qarşısında mühafizəçi ilə qarşıdurma yaradıb.

Axtarış zamanı həmin şəxsin üzərində “Molotov kokteyli” kimi tanınan üç primitiv yandırıcı vasitə aşkar edilib.

Adı açıqlanmyan Amerika sakini sosial şəbəkələrdə Təl-Əvivdəki səfirliyi yandıracağını, ABŞ və Qərbə qarşı etiraz çağırışları da edib. O, Ağ Ev rəhbəri Donald Trampı hədələyərək, həyatını təhdid edib.

Oğuz