ABŞ yığması hokkey üzrə dünya çempionu oldu
ABŞ yığması dünya çempionatının finalında İsveçrə komandasını məğlub edib.
SAVASHMEDİA.az xəbər verir ki, əsas vaxt 0:0 hesabı ilə başa çatıb. Əlavə vaxtda amerikalılara qələbəni Teyc Tompsonun dəqiq atışı gətirib.
ABŞ komandası 1960-cı ildən bəri ilk dəfə dünya çempionatını qazanıb. İsveçrə ardıcıl ikinci dəfə finalda məğlub olub – komanda heç vaxt birinciliyə nail olmayıb.
Turnir İsveçrə və Danimarkada keçirilib. Həlledici oyunlar Stokholmda baş tutub.