Uitkoffu quş dişlədi, Tramp fotosunu paylaşıb bunları yazdı

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffu qolf oynayarkən qu quşu dişləyib.

May 26, 2025 - 01:57
Uitkoffu quş dişlədi, Tramp fotosunu paylaşıb bunları yazdı

SAVASHMEDİA.az teleqraf-a istinadla xəbər verir ki, ABŞ rəhbəri təmsilçiyə hücum edən quşun fotosunu özünün Truth Social sosial şəbəkəsində yerləşdirib.

"Mən həmişə deyirdim ki, qolf təhlükəli idman ola bilər; dostumu Bedminsterdə dişlədilər" deyən Tramp, quşun dimdiyi və boynundan tutaraq özünü müdafiə etməyə çalışan Uitkoffun şəklini paylaşıb.

Versiyalardan birinə görə, Uitkoffa qaz hücum edib, lakin fotoda lal qu quşu təsvir edilib.