Trampın elçisi Ukraynaya arzusundan danışdı
“Həqiqətən ümid edirəm ki, növbəti müstəqillik günü Ukraynanın azad və dinc olacağı bir bayram olacaq”.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq Kiyevdə keçirilən səhər ibadəti yeməyində deyib.
Kelloq diqqətə çatdırıb ki, əslində, indi ölən və yaralananların sayı İkinci Dünya müharibəsi zamanı olduğundan daha çoxdur.
“Məhz olunanların və dağıntıların miqyasını, bu hərəkətlərin vurduğu zərər və ziyanı da düşünün. Məhz bu barədə prezident Tramp danışır. O, həqiqətən qeyri-adi insandır, sülh tərəfdarıdır”, - deyə Kelloq vurğulayıb.
Qeyd edək ki, tədbirdə prezident Zelenski, hərbçilər, kilsə rəhbərləri, yerli və xarici siyasətçilər, sənətçilər, jurnalistləri iştirak ediblər.
Xatirə SADİQ