Polyak nazir ölkə prezidentini sərt tənqid etdi - “Putinə hədiyyədir…”

Polşa prezidentinin ukraynalılara yardıma veto qoyması Ukraynanı “Starlink”dən məhrum edə bilər. 

Aug 25, 2025 - 17:54
Polyak nazir ölkə prezidentini sərt tənqid etdi - “Putinə hədiyyədir…”

SAVASHMEDİA.az xəbər verir ki, bunu Polşanın rəqəmsallaşma naziri Kşiştof Qavkovski “X” sosial şəbəkəsində yazıb. 

Nazir ölkə prezidenti Navrotskini sərt tənqidə məruz qoyub: “Bu, Polşanın döyüşən Ukraynaya təqdim etdiyi “Starlink” internetinin sonudur. Bu, həm də Ukrayna hökuməti məlumatlarının təhlükəsiz yerdə saxlanılmasına dəstəyin sonudur. Mən Putinin qoşunları üçün Ukraynanı internetdən kəsməkdən yaxşı hədiyyə düşünə bilmirəm, prezident indicə bunu etmək qərarına gəlib.

Cənab prezident, siz siyasi mübarizə naminə hökumətə kor-koranə zərbə vurmağı dayandırmalısınız. Siz öz müstəqilliyi uğrunda mübarizə aparan insanlara ziyan vurusunuz, eyni zamanda Rusiyaya kömək edirsiniz. Kimisi “Biabırçılıq”, kimisi “Qonşunun xəyanəti” deyəcək!”.

Xatirə SADİQ