Ukrayna heyəti Vaşinqtondadır - Andrey Yermak

Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenkonun başçılıq etdiyi nümayəndə heyəti Donald Trampın komandasının üzvləri ilə danışıqlar aparmaq üçün Vaşinqtona səfər edib.

Jun 3, 2025 - 16:49
Ukrayna heyəti Vaşinqtondadır - Andrey Yermak

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib. 

Yermakın sözlərinə görə, Vaşinqtondakı görüşlər zamanı Ukrayna nümayəndələri müdafiəyə dəstək və döyüş meydanındakı vəziyyət, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi, senator Lindsi Qremin qanun layihəsi, Bərpa üçün İnvestisiya Fondunun yaradılması haqqında Saziş, Rusiya Federasiyası tərəfindən oğurlanmış ukraynalı uşaqların geri qaytarılması, həmçinin rusların kilsə məsələləri ilə bağlı əks-təbliğatı barədə fikir mübadiləsi aparılacaq.

“Biz İstanbuldakı görüşlərin nəticələrini, eləcə də Rusiyanın müharibə naminə atəşkəs və danışıqlarla vaxtı necə uzatmasından danışacağıq”, - deyə Yermak əlavə edib. 

Xatirə SADİQ