Ukrayna rəsmi Pekindən cavab tələb etdi

Ukrayna tərəfi Çin hərbçilərinin Rusiyanın apardığı təcavüzkar  müharibədə iştirakı ilə əlaqədar Pekinin Kiyevdəki səfirliyinin nümayəndəsini Xarici İşlər Nazirliyinə (XİN) çağırıb.

Apr 8, 2025 - 18:03
Ukrayna rəsmi Pekindən cavab tələb etdi

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib. 

Nazirin sözlərinə görə, çinli diplomatdan izahat tələb olunub.

“Biz Rusiyanın Çin vətəndaşlarının Ukraynaya qarşı təcavüzkar müharibədə iştirakını, habelə onların Ukrayna qüvvələrinə qarşı hərbi əməliyyatlarda iştirakını qətiyyətlə pisləyirik. Biz bu faktı pisləmək və izahat tələb etmək üçün Çinin Ukraynadakı müvəqqəti işlər vəkilini XİN-ə çağırdıq. Ukraynaya təcavüz edən Rusiya ordusunun tərkibində Çin vətəndaşlarının döyüş əməliyyatlarına cəlb olunması Çinin sülhlə bağlı bəyan etdiyi mövqeyi şübhə altına alır və Pekinin BMT Təhlükəsizlik Şurasının məsul daimi üzvü kimi nüfuzunu sarsıdır”, - deyə XİN başçısı vurğulayıb.

Xatirə SADİQ