Vens: "Avropalılar bizim dediklərimizi edir"

ABŞ Avropa dövlətlərinin iqtisadi və miqrasiya siyasətindən məyusdur.

Apr 15, 2025 - 13:07
Vens: "Avropalılar bizim dediklərimizi edir"

SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.

Amerika rəsmisi həmçinin bildirib ki, Avropa təhlükəsizlik sahəsində ABŞ-dən çox asılıdır.

Vensin fikrincə, Avropa İttifaqının miqrasiya sahəsində açıq sərhəd siyasəti demokratiyaya inamı sarsıdır:

“İnsanlar daha az miqrasiya tələb etməyə davam etdikdə və liderləri onları daha çox miqrasiya ilə “mükafatlandırdıqda” Qərbin bütün demokratiya layihəsi dağılır”.

Vitse-prezident təhlükəsizlik məsələsi ilə bağlı çıxış edərkən, Avropanın bütün təhlükəsizlik infrastrukturunun ABŞ tərəfindən subsidiya edildiyini vurğulayıb: 

“Dörddə bir əsr əvvəl Avropada çoxlu qüdrətli ordular, ən azı vətənlərini müdafiə edə biləcək silahlı qüvvələr vardı. Amma indi Avropa ölkələrinin əksəriyyətinin onları normal müdafiə ilə təmin edə biləcək silahlı qüvvələri yoxdur”.

Vens əlavə edib ki, Avropanın daha müstəqil olması ABŞ-nin maraqlarına uyğundur:

“Mən istəmirəm ki, avropalılar ancaq amerikalıların onlara dediklərini etsinlər. Düşünmürəm ki, bu, onların maraqlarına uyğundur, bu, bizim də marağımıza uyğun deyil”.