ABŞ Hörmüz boğazının minalardan təmizlənməsinə başlayır
ABŞ Hörmüz boğazında minatəmizləmə prosesinə başlayır.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bildirib.
"İndi biz dünya üzrə ölkələrə, o cümlədən Çin, Yaponiya, Cənubi Koreya, Fransa, Almaniya və bir çox digərlərinə lütf olaraq Hörmüz boğazının təmizlənməsi prosesinə başlayırıq. Heyrətamizdir, amma onların bu işi özləri görmək üçün nə cəsarətləri, nə də iradələri var. Çox maraqlıdır, ancaq bir çox ölkələrdən boş neft tankerləri neftlə yüklənmək üçün ABŞ-yə yollanır", - o vurğulayıb.
Tramp əlavə edib ki, İranın Hörmüz boğazında quraşdırdığı 28 mina qurğusu "dənizin dibində yatır".
ABŞ Prezidenti vurğulayıb ki, ABŞ bu addımları ilə İranı sonuncu "kozır"ından məhrum edir.
Tramp həmçinin qeyd edib ki, İran ABŞ-la müharibədə demək olar uduzur.