Ağ Ev Ukraynaya növbəti hərbi yardım ayırdı

ABŞ Ukraynaya 500 milyon dollar dəyərində yeni hərbi yardım paketi ayırır.

Dec 13, 2024 - 14:05
Ağ Ev Ukraynaya növbəti hərbi yardım ayırdı

SAVASHMEDİA.az “Azadlıq radiosu”na istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken məlumat verib. 

“Rusiyanın davam edən hücumlarından müdafiə olunmaq üçün Birləşmiş Ştatlar ukraynalı tərəfdaşlarına təcili ehtiyac duyulan daha bir əhəmiyyətli silah və avadanlıq paketi təqdim edir”, - deyə Blinkenin bəyanatda vurğulanıb. 

Paketə, xüsusən də “HIMARS” artilleriya qurğuları, tank əleyhinə “Javelin” sistemləri, pilotsuz uçuş aparatları, dronların qarşısını alan vasitələr, döyüş sursatları, kimyəvi, bioloji, radioloji və nüvə silahlarından müdafiə üçün vasitələr daxildir.

Yardım Pentaqonun ehtiyatlarından ayrılacaq.

Bu, dekabrın əvvəlindən Ukraynaya göstərilən üçüncü yardımdır. Bundan öncə ABŞ dekabrın 3-də Kiyevə 725 milyon dollar, dekabrın 7-də isə daha 988 milyon dollarlıq hərbi yardım ayırıb. 

Prezidentin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan qeyd edib ki, Vaşinqton yanvarın ortalarına qədər Kiyevə “yüz minlərlə əlavə artilleriya patronu və minlərlə əlavə raket” verməyi planlaşdırır.

Xatirə SADİQ