“Bunlar sülhə can atan iki tərəfin hərəkətləri deyil” – Leks Fridman

Amerikalı podkaster Leks Fridman Ukrayna ordusunun Moskvanı vuran İHA  zərbələrindən şikayətlənib. 

Mar 11, 2025 - 12:31
“Bunlar sülhə can atan iki tərəfin hərəkətləri deyil” – Leks Fridman

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Fridman “X” sosial şəbəkəsində yazıb.

O, bildirib ki, hazırda Moskvadadır. “Tezliklə Səudiyyə Ərəbistanına gedəcəyəm. Bu kütləvi dron hücumu mənim olduğum yerin çox yaxınlığında baş verdi. Mən qaydasındayam. Mən Ukraynaya gedəndə buna bənzər bir neçə hal olmuşdu. İndi Moskvada da belədir. Bunlar sülhə can atan iki tərəfin hərəkətləri deyil”, - deyə podcaster yazıb.

Fridman bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenskidən müsahibə almışdı. İlon Maskın tərəfdarı kimi tanınan amerikalı podcaster ünsiyyətdən narazı qalmışdı və Putini söydüyünə görə Zelenskini tənqid etmişdi.

Xatirə SADİQ