Ərdoğan "axırıncı dəfə" dedi, 16 aprel, 2028-ci il - Türkiyə seçkilərə gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2028-ci ildə keçiriləcək prezident seçkisində sonuncu dəfə namizədliyini irəli sürəcəyi bildirilib.

Oct 15, 2026 - 18:35
Ərdoğan "axırıncı dəfə" dedi, 16 aprel, 2028-ci il - Türkiyə seçkilərə gedir

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin baş müşaviri Mehmet Uçum açıqlama verib.

O, Ərdoğanın növbəti prezident seçkisində sonuncu dəfə namizəd olacağını bildirib. Uçum seçkinin 16 aprel 2028-ci ildə keçirilməsinin mümkünlüyünü də qeyd edib.

Baş müşavir bu tarixin xüsusi rəmzi məna daşıdığını vurğulayıb. Belə ki, 2017-ci il aprelin 16-da Türkiyədə prezident idarəetmə sisteminə keçidlə bağlı referendum keçirilib.

Məlumata görə, Ərdoğanın yenidən namizədliyini irəli sürməsi üçün Türkiyə Böyük Millət Məclisinin seçkilərin yenilənməsi barədə qərar qəbul etməsi tələb olunur. Bunun üçün parlamentdə ən azı 360 deputatın dəstəyi lazımdır.

Qeyd edək ki, 16 aprel 2028-ci il tarixi hələ rəsmi seçki günü kimi təsdiqlənməyib.

Oğuz