General müdafiə nazirinin çıxışından sonra istefa verdi – ABŞ-də

ABŞ Hərbi Hava Qüvvələrinin generalı Tomas Byusyer “şəxsi və ailəvi səbəblərə görə” istefa verdiyini açıqlayıb. 

Oct 3, 2025 - 11:54
General müdafiə nazirinin çıxışından sonra istefa verdi – ABŞ-də

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Hill” yazıb. 

Nəşr diqqətə çatdırıb ki, Byusyer müdafiə naziri Pit Heqsetin Kuantikoda yüksək rütbəli hərbi məmurlarla görüş keçirdikdən bir neçə saat sonra istefa verib. Həmin görüşdə Pentaqon rəhbəri fiziki hazırlıq normativlərini yüksəltdiyini, silahlı qüvvələrdə şikayətlərə və araşdırmalara daxili baxış prosesində islahatların aparılacağını elan edib.

“The Hill” xatırladıb ki, Tomas Byusyer 2022-ci ilin dekabrından ABŞ Hərbi Hava Qüvvələri Qlobal Zərbələr Komandanlığının rəisi vəzifəsini tuturdu.

Xatirə SADİQ