“Harry Potter” Kərəm Aktürkoğlunu məhkəməyə verdi – VİDEO
“Hollivud”un dünyaca məşhur film şirkəti “Warner Bros Entertainment Inc” “Fənərbağça”nın futbolçusu Kərəm Aktürkoğlunu məhkəməyə verib.
SAVASHMEDİA.az xəbər verir ki, buna səbəb Kərəmin qol vurduqdan sonra sevincini sözügedən şirkətin istehsalı olan "Harri Potter" serialına məxsus sehirli çubuq jesti ilə qeyd etməsidir.
Şirkət İstanbul Əqli və Sənaye Mülkiyyət Hüquqları Mülki Məhkəməsinə göndərdiyi şikayət ərizəsində qeyd edib ki, Kərəm qol sevinclərində və paylaşımlarında təlif haqlarını pozur.
Şirkət həmçinin bildirib ki, “Harry Potter”, “Hoqvarts”, “Qriffindor” kimi çoxsaylı terminlər Türkiyədə Patent və Ticarət Nişanları İdarəsində qeydiyyatdan keçib. Bu ticarət nişanları kitab və filmlərlə məhdudlaşmır. Onlar dünya səviyyəsində tanınır və yüksək kommersiya dəyərinə malikdirlər. Kərəm Aktürkoğlu isə öz paylaşımlarında bu ticarət nişanlarına məxsus vizual və audio elementlərdən icazəsiz istifadə edir.
Banu