Aziz Yıldırım “Fənərbağça” prezidentliyinə namizəd oldu

“Fənərbağça”nın sabiq prezidenti Aziz Yıldırım yenidən prezidentliyə namizəd olur.

May 6, 2026 - 13:23
Aziz Yıldırım “Fənərbağça” prezidentliyinə namizəd oldu

SAVASHMEDİA.az xəbər verir ki, o, fövqəladə ümumi məclis seçkilərində iştirak edəcəyini açıqlayıb.

Yıldırım klubun gələcəyindən narahat olduğunu bildirib və digər namizədləri birlik nümayiş etdirməyə çağırıb.

Sabiq prezident vurğulayıb ki, klub hazırda çətin dövrdən keçir və bu vəziyyətdən çıxış yolu yalnız birlik və bərabərlikdir.

Qeyd edək ki, Aziz Yıldırım 1998–2018-ci illərdə “Fənərbağça”ya rəhbərlik edib və 2024-cü ildə də prezidentliyə namizəd olmuşdu.

Oğuz