“İranı bir günə məhv edərdim” – Trampdan ŞOK açıqlama

ABŞ Prezidenti Donald Trump İranla bağlı sərt və diqqətçəkən açıqlama verib.

Apr 12, 2026 - 19:18
“İranı bir günə məhv edərdim” – Trampdan ŞOK açıqlama

SAVASHMEDİA.az xəbər verir ki, o, "Fox News" telekanalına müsahibəsində bildirib ki, istəsə, İranı çox qısa müddətdə sıradan çıxara bilər:

“İranı bir günə məhv edə bilərdim. Hətta bir saat ərzində onların bütün enerji sistemini - elektrik stansiyalarını, infrastrukturu tamamilə sıradan çıxarmaq mümkündür. Amma bu, son dərəcə ciddi məsələdir”, – Tramp vurğulayıb.

Qeyd edək ki, bu açıqlama ABŞ–İran münasibətlərinin yenidən gərginləşdiyi bir vaxta təsadüf edir və beynəlxalq müstəvidə geniş rezonans doğurub.

Aytən