Pezeşkian ABŞ ilə bağlı Putinə nə dedi?
İran ABŞ-la razılaşma ehtimalını istisna etmir.
İran Prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığında bildirib ki, Vaşinqton müəyyən çərçivələrə əməl edərsə, tərəflər arasında anlaşma əldə oluna bilər.
Onun sözlərinə görə, əsas məsələ ABŞ-ın beynəlxalq qaydalara riayət etməsi və Tehranın “qırmızı xətləri”ni nəzərə almasıdır.
Pezeşkian vurğulayıb ki, İran regionda sabitlik və təhlükəsizliyi təmin edəcək balanslı razılaşmaya hazırdır. O, belə bir sazişin yalnız qarşılıqlı hörmət və ədalətli yanaşma əsasında mümkün ola biləcəyini qeyd edib.
Oğuz
SAVASHMEDİA.az